12 Dekabr 2022 12:20
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayonunda bir ailənin beş üzvü qidadan zəhərlənib.

Hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, rayon sakinləri - 64 yaşlı Xanım Xəlilova, onun oğlu 40 yaşlı Məhəmməd Xəlilov və gəlini Günay Mahmudova, eləcə də 2 azyaşlı qida zəhərlənməsi diaqnozu ilə Qax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.

Onların kəklikotu çayı içdikdən sonra vəziyyətlərinin pisləşdiyi bildirilib.

İlkin ehtimala görə, hadisəyə kəklikotunun içərisində zəhərli alaq otlarının da qəbul edilməsi səbəb olub.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan fakt təsdiləyiblər.

Qeyd olunub ki, 5 nəfərin qidadan zəhərlənməsi ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

Vurğulanıb ki, faktla bağlı ilkin araşdırma aparıldıqdan sonra toplanmış materiallar rayon prokurorluğuna göndəriləcək.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər