Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Novxanı qəsəbəsində qeydə alınıb.
2005-ci il təvəllüdlü E.Ağayev ailə münaqişəsi zamanı yaşadıqları evdə atası, 1982-ci il təvəllüdlü Qiyamət Ağayevin ürək nahiyyəsinə xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstrərilib. Vəziyyətinin orta-ağır olduğu deyilir.
Hadisəni törədən şəxs isə Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.