Azərbaycan Prezidenti İlham Əliyev Ağa-Bala Hacıyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com-un məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Ağa-Bala Şamxal oğlu Hacıyev “Şöhrət” ordeni ilə təltif edilsin.
Qeyd edək ki, A.Hacıyev Nazirlər Kabineti Aparatının rəhbəridir.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Günəş Məhərrəm qızı Vəliyevaya “Əməkdar hüquqşünas” fəxri adı verilsin.