16 Dekabr 2014 12:59
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan parlamentinin nümayəndə heyətləri beynəlxalq tədbirlərdə Azərbaycan dilində danışmalıdır".

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Musa Quliyev deyib.

O, bildirib ki, Azərbaycan parlamentinin nümayəndə heyətləri beynəlxalq təşkilatlarda çox fəal çalışırlar: “Mən istərdim ki, orada bizim çıxışlarımız Azərbaycan dilində səslənsin. Düzdür, bir sıra deputatlarımız ingilis dilində bilir, amma bir sıra ölkələrin nümayəndələri beynəlxalq təşkilatlarda öz dillərində danışdığı halda biz nədən öz dilimizdə danışmamalıyıq? Biz özümüzlə tərcüməçi apara bilərik. Hesab edirəm ki, bu elə də böyük xərc tələb etmir, amma bunu etməyimiz Azərbaycana böyük hörmət gətirər”.

Milli Məclisin sədri Oqtay Əsədov təklifə etiraz etmədiyini deyib.

Nemət


Müəllif:

Oxşar xəbərlər