23 Dekabr 2014 13:25
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bu gün saat 11:00-da, 29 saylı Səbail Seçki Dairəsinin 29 saylı seçki məntəqəsində səs verib.

BAXCP sədri seçkidən sonra verdiyi açıqlamanda layiqli hesab etdiyi namizədlərə səs verdiyini və bələdiyyələrin gələcəkdə çevik bir quruma çevriləcəyinə ümid bəslədiyini bildirib.

Qüdrət Həsənquliyev bələdiyyələrin səlahiyyətlərinin artırılmasının, müvafiq icra hakimiyyətlərinin səlahiyyətlərinin kommunal və digər təssərrüfat subyektlərinin idarə edilməsi ilə bağlı hissəsinin bələdiyyələrə verilməsinin, eyni zamanda Bakı və Gəncə kimi şəhərlərdə böyük şəhər bələdiyyələrinin yaradılmasının vacibliyini vurğulayıb. BAXCP sədri qeyd edib ki, yalnız bu halda yerli idarəetmə orqanları öz adlarına və daşıdıqları təyinata uyğun fəaliyyət göstərə bilərlər.

Xatırladaq ki, BAXCP sədrinin səs verdiyi seçki məntəqəsində görkəmli muğam ustası, xalq artisti Mənsum İbrahimov da öz vətəndaşlıq missiyasını yerinə yetirib.


Nemət


Müəllif:

Oxşar xəbərlər