7 Fevral 2023 08:00
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Nyu-York ştatının şimal-qərbində son 40 ilin ən güclü zəlzələsi baş verib.

Teleqraf.com-un məlumatına görə, bu barədə "NBC" televiziya kanalı xəbər verib.

Seysmoloqların məlumatına görə, Eri dairəsində 3,8 bal gücündə zəlzələ qeydə alınıb, yeraltı təkanların episentri Uest-Seneka şəhərindən 2 km şərqdə olub. Zəlzələnin ocağı 3 km dərinlikdə yerləşib. Zəlzələnin Niaqara şəlaləsi ərazisində hiss olunduğu qeyd edilib.

Mümkün dağıntılar barədə məlumat verilməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər