11 Fevral 2023 00:56
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədəki zəlzələdə daha bir Azərbaycan vətəndaşı həlak olub.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, bu, 1974-cü il təvəllüdlü Həsənzadə İlahə Hüseynağa qızıdır.

Onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Qeyd edək ki, bununla da təbii fəlakətdə ölən Azərbaycan vətəndaşlarının sayı 5-ə çatıb. Buna 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı və 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızı dünyasını dəyişib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər