Bakının Xətai rayonunda yerləşən marketlərdən birindən oğurluq edilib.
Teleqraf.com xəbər verir ki, naməlum şəxs kassanın nəzarətsiz qalmasından istifadə edərək orada olan 1000 manatı gizli olaraq talayıb.
Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Əliəsgər İsmayılov saxlanılıb.
Araşdırmalar zamanı həmin şəxsin eyni üsulla Xətai və paytaxtın digər ərazilərində də oğurluqlar etdiyi məlum olub.
Faktla bağlı bağlı toplanan materiallar Xətai rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.
Əliəsgər İsmayılov barəsində cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.
Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.