Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, avtoqəza nəticəsində rayon sakinləri, 1997-cü il təvəllüdlü Hüseyn Ağayev və 2002-ci il təvəllüdlü İbrahim Ağayev xəsarət alıb.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.