27 Mart 2023 10:06
366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samuxda sakinlərində narkotik aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.

Samux rayon polis şöbəsinin əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli Elmir Yolçuyev, İlkin Allahverdiyev və Osman Mərdənov saxlanılıb.

Şübhəli şəxslərin üzərlərinə baxış keçirilən zaman onlardan "metamfetamin" aşkarlanaraq götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya göndərilib.

Hər 3 şəxs barəsində Samux rayon polis şöbəsində cinayəti işi başlanıb.

Araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov