7 Aprel 2023 12:42
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda İranın casus şəbəkəsinin ifşası istiqamətində əməliyyatlar davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bu barədə “MOUZE” teleqram kanalı məlumat yayıb.

Məlumata görə, həyata keçirilən əməliyyatlar zamanı Bakının Binə qəsəbə sakini Əli Behişti də saxlanılıb.

Qeyd edək ki, Əli Behişti moizələrində hər zaman İranın molla rejimini təbliğ edib.

Xatırladaq ki, Azərbaycan hüquq-mühafizə orqanlarının İranın casus şəbəkəsinə qarşı keçirdiyi son üç əməliyyatda 19 nəfər saxlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər