11 Aprel 2023 11:15
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Xətai rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 9-da rayon ərazisində “Toyota” və “Volkswagen” markalı 2 avtomobildən müxtəlif üsul və vasitələrlə mobil telefon, içərisində pul və bank kartı olan cüzdan oğurlamaqda, “Mercedes” markalı digər avtomobildən isə oğurluğa cəhd göstərməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakinləri Sədaqət Quliyeva və İsmayıllı rayon sakini Süleyman Səfərov saxlanılıb.

Daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov