13 Aprel 2023 14:36
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 13-ü saat 10 radələrində Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən gözəllik salonlarından birində 1986-cı il təvəllüdlü Aygün Yusifovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Binəqədi rayon Prokurorluğundan bildirilib.

İlkin araşdırma zamanı 1980-ci il təvəllüdlü İsrafil Yusifovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Aygün Yusifovaya kəsici-deşici alətlə xəsarət yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisədən sonra İsrafil Yusifov könüllü olaraq istintaqa təslim olub.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

***

13.16

Bu gün saat 12:40 radələrində paytaxtın Binəqədi rayonu Rəzulzadə qəsəbəsində gözəllik salonlarından birində 1986-cı il təvəllüdlü Aygün Qərib qızı Yusifovanın kəsici-deşici alətlə qətl yetirilməsi barədə polisə məluat daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Cinayət əməlini şəxsu münasibətlər zəminində törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1980-ci il təvəllüdlü İsrafil Dursun oğlu Yusifov polisə gələrək təslim olub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov