23 May 2023 17:25
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda adam öldürməkdə təqsirləndirilən Rəşad Muxtarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Rasim Sadıxovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, hadisə bu ilin fevralın 8-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında qeydə alınıb.

2002-ci il təvəllüdlü Əliəkbər Mərəyev adı çəkilən təhsil müəssisəsinin tələbəsi, 2007-ci il təvəllüdlü otaq yoldaşı Rəşad Muxtarov tərəfindən bıçaqla yetirilmiş xəsarətlərdən ölüb.

Rəşad Muxtarova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər