İyunun 4-ü saat 01 radələrində 1978-ci il təvəllüdlü Elşad İsmayılovun Saatlı şəhərində yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Saatlı rayon prokurorluğundan bildirilib.
İlkin araşdırma zamanı 2005-ci il təvəllüdlü Kənan Nərimanzadənin aralarında yaranmış mübahisə zamanı Elşad İsmayılova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib
Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Kənan Nərimanzadə prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İbtidai istintaq davam edir.