20 İyul 2023 11:23
329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 15-nə keçən gecə Cəbrayıl rayon sakini O.Allahverdiyevin içərisində mobil telefonu, cüzdanı, sənəd və bank kartları olan çantasını oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini Emin Ağayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov