13 Avqust 2023 17:10
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kuriyerlik fəaliyyəti ilə məşğul olan vətəndaş Orxan Zeynalov ötən gündən sosial şəbəkələrdə polis tərəfindən təqib olunduğunu və saxlanılacağı ilə bağlı məlumatlar yayıb.

Daxili İşlər Nazirliyi məsələyə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı Teleqraf.com-a bildirib ki, bu iddialar yalandır, yazılanlar şəxsi mülahizələrdir və O.Zeynalov üzərindən təşkil olunub qurulan kampaniyadır.

Onunla bağlı DİN-in qurumları tərəfindən barəsində hər hansı müraciət araşdırılmır, icraat tədbiri yoxdur, saxlanılması nəzərdə tutulmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər