23 Avqust 2023 09:43
497
12 Punto 14 Punto 16 Punto 18 Punto

Manila-İstanbul reysini həyata keçirən "Türk Hava Yolları" şirkətinə məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Teleqraf.com bu barədə hava limanına istinadən xəbər verir.

Məlumata görə, buna səbəb təyyarədə olan 45 yaşlı qadın sərnişinin vəziyyətinin kəskin pisləşməsi (ürək tutması) olub. “Airbus A350” təyyarəsi saat 03:30-da Bakıya eniş edib. Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib. Təyyarə saat 05:07-də ​​Bakıdan İstanbula yola düşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər