12 Yanvar 2015 18:24
983
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü il dekabrın 23-də Azərbaycanda keçirilən bələdiyyə seçkilərinin nəticələri təsdiq olunub.

Trend-in məlumatına görə, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qəbul edilib.

118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçirilmiş seçkilərin yekunları ilə bağlı qərar qəbul edib.

MSK-nın seçkinin yekunları ilə bağlı protokol layihəsində bələdiyyə seçkilərinin Konstitusiyaya, Seçki Məcəlləsinə uyğun keçirildiyi qeyd edilib. Qərar layihəsində 8 bələdiyyədə seçkinin nəticələrinin ləğv edilməsi, 43 seçki məntəqəsi üzrə seçkinin nəticələrinin etibarsız sayılması öz əksini tapıb.

Komissiyanın bələdiyyə seçkilərinin yekunları ilə bağlı qərarı 2 nəfər əleyhinə, 16 nəfər lehinə olmaqla qəbul edilib. Daha sonra MSK üzvləri bələdiyyə seçkilərinin yekunları ilə bağlı protokolu təsdiq ediblər.


Müəllif:

Oxşar xəbərlər