Azərbaycan ordusunun hərbçisi həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
“Azərbaycan Ordusunun hərbi qulluqçusu Ağayev Rüfət Xanəhməd oğlunun silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində açılan atəşdən vəfat etməsi ilə bağlı faktı təsdiq edirik” - məlumatda deyilir.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ağayev Rüfət 15 ayın əsgəri olub. Hazırda Bakının Binə qəsəbəsində yerləşən qəbiristanlıqda onun dəfn mərasimi keçirilir.