23 Sentyabr 18:48
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində - "20 Yanvar" dairəsində qeydə alınıb.

Belə ki, "Chevrolet Cruze" markalı avtomobil hərəkətdə olan zaman “Mazda” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Əraziyə DYP əməkdaşları cəlb edilib. Yolda hərəkət təmin edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Əsəd Məmmədəliyev