22 Noyabr 2023 10:52
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda oğurluq olub.

Teleqraf.com xəbər verir ki, Binə qəsəbəsində bir evdən 1700 manat və 3300 manat dəyərində məişət əşyaları, digər evdən isə 1400 manat dəyərində təmir alətləri və naqil oğurlanıb.

Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oğurluq əməllərini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Dünyamalı Məmmədov saxlanılıb.

Bundan başqa, noyabrın 20-də metro stansiyasında bir nəfərin cibindən mobil telefonunun oğurlanması barədə Metropolitendə Polis İdarəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Samir Almuradov müəyyən olunaraq saxlanılıb.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ağdaş rayonunun Qəribli kəndi ərazisindən keçən dəmir yolundan 9 ədəd rels altlıqlarını oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Bərxudarov tutulub.


Müəllif: Hacı Zeynalov