Jurnalist Cəmil Məmmədliyə hökm oxunub.
Teleqraf.com xəbər verir ki, bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, Cəmil Məmmədli 6 il 2 aymüddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, C.Məmmədli ötən ilin yanvarında cinayət məsuliyyətinə cəlb edilib.