21 Aprel 14:40
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabulda baş vermiş yol qəzasında xəsarət alanlar var.

Teleqraf.com xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində, körpü yaxınılığında qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı 3-4 nəfərin yaralandığı bildirilir. Hazırda hadisə yerinə təcili yardim briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com