21 May 15:58
3 991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası 1976-cı il xəritələri ilə aparılacaq. Hazırda bu proses Tavuş sektorunda həmin xəritələr əsasında davam etdirilir.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Spiker hesab edir ki, bir-iki halı istisna etməklə, bu, ən əlverişli variantlardan biridir.

Simonyanın sözlərinə görə, sərhədlə bağlı xəritələr bir-birlərindən çox az fərqlənirlər, məsələ əsasən də miqyas fərqi ilə bağlıdır.

“Ölçmələr yerdə nəyisə dəyişə bilər, söhbət miqyasdan gedir. Bir neçə miqyaslı xəritə var, hazırkı seçim ən məqbuludur. Bu, bizim üçün çox məqbul variantdır”, - erməni spiker vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər