21 May 10:47
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Revanşist “Vətən naminə Tavuş” hərəkatının lideri, keşiş Baqrat Qalstanyan mayın 26-da bu həftə üçün yekun mitinq planlaşdırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr bildirir ki, Baqrat mitinqdə “hakimiyyət dəyişikliyinə dair yol xəritəsi”ni təqdim edəcək. Geniş ictimai-siyasi dəstək olarsa, bundan sonra “daha aktiv aksiyalar”a start veriləcək. Mayın 26-dək parlament müxalifəti (revanşistlər) Baş nazir Nikol Paşinyanın impiçmenti məsələsini qaldırmayacaq.

“Baş nazir namizədi ilə bağlı hələlik dəqiq bir mövqe yoxdur. Hər hansı siyasi xadimin namizədliyi ilə bağlı əvvəlki cəhdlər uğursuzluqla nəticələnib. Müxalifət anlayır ki, keşişdən başqa hər hansı digər namizədlə bağlı istənilən müzakirə meydanı parçalayacaq”, - məlumatda deyilir.

Söhbət sabiq prezident Robert Köçəryanın namizədliyindən gedir. Cəmiyyətdən onun mümkün namizədliyi ilə bağlı etirazlar var. Elə Köçəryanın xələfi Serj Sərkisyan da onun namizədliyi ilə razılaşmır. Revanşist hərəkata dəstək verən kiçik partiyalardan da, onun namizədliyi ilə bağlı etiraz səsləri gəlir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər