21 May 14:54
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Revanşistlərin Ermənistan baş nazirini vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırmaq planı baş tutmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Vaaqn Aleksanyan deyib.

Deputat bunun üçün müxaliflərin yetərli səslərinin olmadığını, hakim partiyadan da onlara dəstək verilməyəcəyini bildirib.

“Parlament müxalifəti Baş nazir Nikol Paşinyanın impiçment edilməsi prosesinə başlamaq istəyir, başlasınlar. Düzünü desəm, buna gülürəm, çünki başlaya bilmirlər, başlasalar da, uğursuzluğa məhkumdurlar.

Əgər hakim “Vətəndaş Müqaviləsi” Partiyasından “Ermənistan” fraksiyasına (rəhbəri Robert Köçəryan) deputatların keçəcəyini düşünürsünüzsə, yanılırsınız, bu baş verməyəcək”, - Aleksanyan vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər