21 May 09:50
6 518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna mənbələrinə görə, Rusiya Sumı vilayəti (sərhəd) istiqamətində hərbi qüvvə toplayır.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

ISW hesab edir ki, Rusiyanın beynəlxalq sərhədin digər hissələrindəki fəaliyyətləri Ukrayna qüvvələrinin daha geniş cəbhə boyu səpələnməsinə səbəb ola bilər. ABŞ institutunun fikrincə, Rusiyanın məqsədi Ukrayna qüvvələrini bölmək, sərhədin bəzi hissələrində geri çəkilməsinə nail olmaq və hücum üçün boşluaqlar yaratmaqdır.

Rusiyanın məqsədinin Ukrayna ilə dövlət sərhəd boyunca təhlükəsizlik zonası yaratmaq olduğu bildirilir.

Rusiya ordusu mayın əvvəlində sərhədyanı Xarkov vilayətinə hücuma başlayıb. Ruslar bir sıra yaşayış məntəqələrini ələ keçirə bilsələr də, ciddi itkilər veriblər. Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya mayın 10-dan 20-dək olan hücumlar zamanı 2000-ə yaxın hərbçi və 340-dan çox texnika itirib.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov söyləyib ki, Rusiya həm Xarkov, həm də Sumı vilayətlərinə irimiqyaslı hücum planlaşdırıb, amma bu planı fiaskoya uğrayıb.


Müəllif: Mənsur Rəğbətoğlu