21 May 16:13
1 700
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran helikopter qəzası ilə bağlı Türkiyənin gördüyü işi öz adına çıxır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Özləri Türkiyədən xahiş etdilər ki, PUA-ları İran ərazisində helikopterin axtarışına qatılsın. Ankara kömək əlini uzatdı, həlak olanların yeri müəyyənləşdi, havadan çəkilən görüntürlər dünyada yayımlandı, təşəkkür əvəzinə dedilər ki, Türkiyənin rolu olmadı, biz tapdıq.

O həmin Türkiyədir ki, İran rəsmilərinin həlakıyla bağlı bir günlük matəm elan edib. İranda qərar verən mərkəzlər Türkiyəyə minnətdar olmaq əvəzinə dezinformasiya yayırlarsa, bununla “ənənəvi siyasət”lərinin dəyişmədiyinə işarə edirlər. Odur ki, İrandakı həmin mərkəzlərin Azərbaycanla münasibətləri normallaşdıracaqlarına ümid azdır”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər