21 May 15:24
3 334
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demək olar ki, Ermənistanla Azərbaycan arasında Tavuş və Qazax rayonlarında demarkasiya prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan məlumat verib.

“Ermənistanla Azərbaycan arasında həmin hissənin demarkasiyası prosesini başa çatdırmışıq və dayaq məntəqəsi yaratmışıq, sərhədin bərpası üçün gələcəkdə istifadə olunacaq bəzi prinsipləri müəyyən etmişik”, - spiker bildirib.

Revanşistlərin 4 kəndin Azərbaycana təhvil verilməsinə etirazlarına gəlincə, Simonyan vurğulayıb ki, bu ərazilər Ermənistana məxsus deyil. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan bu məsələdə aydın xəritə seçib, bununla bağlı da hər iki ölkə tərəfindən təsdiqlənmiş hüquqi baza var.

“Ermənistanın sərhədi Ermənistanın müstəqilliyini əldə etdiyi sərhəddir. Burada Almatı bəyannaməsinə qayıdırıq, həmin sənəddə bildirilir ki, Ermənistan və bu sənədi imzalayan digər respublikalar, o cümlədən Azərbaycan mövcud inzibati sərhədləri ilə müstəqil olur. Həmin əsasla təməlləri qoymuşuq, qarşılıqlı məqbul olan prinsiplər əldə etmişik və o prinsiplərə əsaslanaraq delimitasiyaya başladıq və bu, bütün dünya ölkələri tərəfindən qəbul edildi, alqışlandı”, - Simonyan qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər