21 May 18:23
405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Birinci vitse-prezident rəsmi sosial şəbəkəsində paylaşım edib.

"Cüdoçu Hidayət Heydərovu dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Mükəmməl çıxış edən idmançımız yenilməz iradə, əzmkarlıq və məharət nümayiş etdirərək parlaq və inamlı qələbə qazandı! Gərgin əməyinə, Azərbaycan azarkeşlərinə bəxş etdiyi sevincə görə cüdoçumuza təşəkkür edir, ona möhkəm cansağlığı, yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram", - paylaşımda bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər