21 May 14:20
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keşiş Baqrat Qalstanyanın arxasında duranlar köhnə siyasi qüvvələrdir, bu, yeni siyasi hərəkat deyil.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Onların hansı formada görünmələri seçim məsələsidir. Biz burada yeni və tanış olmayan heç nə görmürük. Əvvəllər ölkədə baş verənlərin təkrarıdır. Sadəcə keçmiş baş nazir Vazgen Manukyanı keşiş Baqrat əvəzləyib. Həminki insanlar, eyni gündəm, köhnə məqsəd...”, - spiker bildirib.

Simonyan Baş nazir Nikol Paşinyanla daxili siyasi vəziyyəti müzakirə etdiklərini, amma indi daha çox Azərbaycanla sərhədlərin demarkasiyası ilə məşğul olduqlarını vurğulayıb.

Parlament sədri hesab edir ki, köhnə gündəmlə hərəkət edən Ermənistan müxalifəti uğursuzluğa məhkumdur. Simonyan əminliklə qeyd edib ki, Baqrat Qalstanyan heç vaxt baş nazir ola bilməyəcək.

Qeyd edək ki, Vazgen Manukyan 44 günlük müharibədən dərhal sonra Ermənistanda hakimiyyət əleyhinə başlayan və aylarla davam edən aksiyalara rəhbərlik etmişdi. Aksiyalardan sonra erkən seçkilərə gedən Nikol Paşinyan revanşistləri növbəti dəfə məğlub etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər