21 May 16:58
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyan ittifaqlarının adını “Keşiş Bloku” qoysalar, daha doğru olar.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib.

Spiker müavini parlament müxalifətinin üzvlərinə müraciət edərək, öz fraksiyaları üçün daha yaxşı ad seçə biləcəklərini təklif edib.

Onun sözlərinə görə, Köçəryanın “Ermənistan” fraksiyası adını dəyişib “Keşiş Bloku” qoya bilər: “Bunun nəyi pisdir? Robert Köçəryan, Serj Sərkisyan, kilsənin bəzi xadimləri “Keşiş Bloku”nda birləşirlər”.

Rubinyan qeyd edib ki, Sərkisyan, Köçəryan və digərləri erməni kilsəsinin arxasında gizlənməyə çalışırlar.

Vitse-spiker heç bir cəhd və üsulun revanşistləri məqsədlərinə çatdıra bilməyəcəyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər