22 May 20:57
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan-Salyan Regional Təhsil İdarəsi şagirdin xəsarət alması ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, açıqlamada Biləsuvar rayon İsmətli kənd Xanlar Qafarov adına tam orta məktəbin 8-ci sinif şagirdinin xəsarət alması ilə bağlı məlumatların yayıldığı qeyd olunub.

"Məsələ ilə bağlı bildiririk ki, 21 may tarixində dərnək məşğələsindən çıxıb evə gedən zaman şagirdlərdən biri öz sinif yoldaşına ehtiyatsızlıqdan xəsarət yetirib. Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib.

Biləsuvar rayon Təhsil sektorunun əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb.

Hazırda şagirdin səhhətində ciddi problem yoxdur", - açıqlamada deyilir.


Müəllif: Teleqraf.com