24 İyun 13:03
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Xuraman Şuşalı "Günaydın Azərbaycan" verilişində şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Xuraman Şuşalı həyat yoldaşına bir xanım tərəfindən böhtan atıldığını deyib: "Yaxın günlərdə İnstaqramda mənə bir mesaj gəldi. Guya ki, həyat yoldaşım kiminləsə görüşüb. Həmin dəqiqə həyat yoldaşım Elçinə zəng etdim. O da cavab verdi ki, "Xuraman nə danışırsan?!".

Ona dedim ki, mən sənə inanıram. Sadəcə bu yazıların qarısını almaq lazımdır ki, belə sözlər deyilməsin. Onsuz da qadınlar həyat yoldaşları nə etsə bilirlər. Mən həyat yoldaşıma çox güvənirəm, inanıram. Artıq 14 ildir ki, ailə qurmuşuq. Dörd övladımız var, iki qız, iki oğlan. Allah olmayanlara nəsib etsin. İşimdəyəm. O mənə, mən ona yardım edirəm. Bir-birimizlə anlaşırıq, bir yola çıxmışıq. Allah sona qədər bərabər yaşamağı nəsib etsin".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər