Meyxanaçı Namiq Qaraçuxurlu xalq artisti Aygün Kazımova ilə "Sözbaz" verilişində duetlərindən danışıb.
Teleqraf.com xəbər verir ki, Namiq Qaraçuxurlu illər əvvəl Aygün Kazımova ilə duet oxuduğuna görə tənqidə məruz qaldığını bildirib.
“Bizim videolarımızın hamısı sosial şəbəkələrdə paylaşılır. Hərdən Aygün Kazımova ilə zarafat edirik, çalışır ki, mikrofonu əlimdən alsın. Soruşurlar ki, Aygün xanım niyə belə edir? Sizə maraqlı olsun deyə edir. Bizim hər bir hərəkətimiz insanlara maraqlı gəlir. Duetlərimizin bu qədər tələbatlı olması mənim üçün çox xoşdur. Duet oxumaq Aygün Kazımovanın ideyası olub. Ona görə də duetlərimiz özünü doğruldub. Mənim bu yola imza atmağım vaxtilə böyük tənqidlərə və şoklara səbəb olmuşdu. Amma bilirdik ki, bu, yaxşı işdir. Ajiotaj yarandı, tələbat oldu, ondan sonra biz yenidən duetlər oxumağa başladıq. Münasibətlərimizdə bir az soyuqluq vardı, hərəmizin öz işi-gücü vardı. Tamaşaçılar bizi yenidən birləşdirdilər ki, duet oxumalısınız”.