Şəmkir rayonun sabiq icra başçısı Alimpaşa Məmmədovun iki əmlakı üzərindən həbs qərarı götürülüb.
Teleqraf.com xəbər verir ki, Bunlar bazar dəyəri 8 milyon 270 min manat qiymətləndirilən “Azfarel” MMC balıqyetişdirmə və emalı müəssisəsi və 1 milyon 335 min manatlıq “Abad Şəmkir” MMC-yə məxsus daşınan və daşınmaz əmlaklardır.
A.Məmmədovun Bakı şəhərində yerləşən 676 min manatlıq iki mənzili isə dövlət nəfinə müsadirə edilib.
Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Alimpaşa Məmmədov 11 il 6 azadlıqdan məhrum edilib.
Sabiq icra başçısı korrupsiya cinayətlərində ittiham edilib.