24 İyun 12:40
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyxanaçı Baləli Maştağalı bir müddət əvvəl yol-hərəkəti qaydalarını pozaraq avtobusun qarşısını kəsməsi haqqındakı xəbərlərə cavab verib.

Teleqraf.com xəbər verir ki, meyxanaçı "Zarafat bir yana" verilişində "Siz avtobusun içində olsaydınız, avtobusun qarşısını kəsən Balaəliyə nə deyərdiniz" sualına “Zamanında mən də o avtobusun içində olmuşam. Yəni anadan olandan “Range Rover” sürməmişəm. Mən də əziyyətlə bu səviyyəyə gəlmişəm. Əgər avtobusun içində olsaydım, daha da səbrli olardım. Çünki xasiyyətimə bu uyğun olardı. Düşünərdim ki, bəlkə harasa tələsir. Çünki o görüntülərdə mən əczaçıya dərman almağa getmişdim. Əlimdə dərman var idi. O zaman övladım xəstə idi. Onu xəstəxanaya aparmışdım. Həmin an ona dərman almağa məcbur idim. Qaldı ki, avtobusun içində olmaq fikrinə...Hər insanın bir xasiyyəti var.

Mən şəxsən orada səbr edərdim. İnsandır da, bəlkə təcili işi var. Amma elə insan da var ki, 50 dənə söz qoşub deyir ki, “Bu qudurub, tanınmış insandır”",-deyə cavab verib.

O, “ulduz xəstəliyi”nə tutulmadığını söyləyib: "Avtobusun içində olsaydım, Balaəliyə deyərdim ki, "ay Allah saxlamış, mən də işə tələsirəm". Mən 12-13 il “Laçın” ticarət mərkəzində işləmişəm və orada ayaqqabı satmışam. Mən də o avtobusla gedib-gəlmişəm".

Qeyd edək ki, Balaəli Maştağalı bir müddət əvvəl yol-hərəkəti qaydalarını pozaraq “Range Rover” markalı avtomobili ilə Qara Qarayev prospektində avtobusun qarşısını kəsmişdi.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər