23 May 01:35
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda avtomobil piyadanı vuraraq öldürüb.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Şəhidlər Xiyabanı küçəsində baş verib.

“VAZ-2106" markalı minik avtomobili 35-40 yaşlı qadını (şəxsiyyəti dəqiqləşdirilir - red) vurub.

Ağır xəsarətlər alan piyada Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, yaralının həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report