Qızıl mağazasından gecə saatlarında təxminən 500 min avro dəyərində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə İtaliyanın paytaxtı Romada baş verib.
İtaliya mətbuatında yer alan xəbərlərə görə, ötən gecə Romanın mərkəzindəki dəbdəbəli zinət əşyaları, aksessuarlar və saatlar satan məşhur brendin mağazasında böyük oğurluq hadisəsi baş verib.
Oğrular mağazaya anbar bölməsindən daxil olublar. Anbar bölməsinin döşəməsindəki kanalizasiya şəbəkəsinə qoşulmuş boşluqdan mağazaya daxil olan oğrular ümumilikdə 500 min avro dəyərində olan qızıl-zinət əşyaları, aksessuarlar və saatlar götürərək qaçıblar.
Gecə yarısı işə düşən siqnalizasiya sistemi sayəsində hadisə yerinə polis əməkdaşları gəlib. Oğruların tapılması üçün əməliyyat planı hazırlanıb.