11 İyul 01:14
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış jurnalist Dilbər Axundzadə vəfat edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Agentliyin rəhbərliyi və kollektivi tanınmış jurnalist Dilbər Axundzadənin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, Dilbər Axundzadə Zaqatala şəhərində anadan olub. 50 ildən çox jurnalistika sahəsində çalışıb. Uzun müddət “Exo” qəzetində işləyib.

Allah rəhmət eləsin!


Müəllif: Arzu

Oxşar xəbərlər