16 İyul 11:41
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 12-də Sumqayıt şəhəri ərazisində yerləşən çimərlikdə 2 qadının içərisində mobil telefonu, geyim əşyaları, avtomobil və ev açarları olan çantalarının oğurlanması barədə polisə məlumat daxil olub.

Bu barədə DİN-in mətbuat xidmətindən Teleqraf.com-a bildirilib.

Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 66 yaşlı Y.Hacıyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər