Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, binanın 3-cü mərtəbəsində ümumi sahəsi 75 m² olan mənzilin sanitar qovşağında havalandırma sistemi və 1 p.m elektrik naqili yanıb.
Yüksək temperaturdan lambirdən ibarət tavan 2 m² sahədə əriyib.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb