Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
xxx
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.