18 Avqust 14:28
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı aşıq, tambur ifaçısı Əfqan Rəhimov xəstəxanaya yerləşdirilib.

Teleqraf.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə prodüser Samir Xəttab bildirib.

Bildirilib ki, o, 3 gün öncə yıxılıb və beyninə qan sızıb. Hazırda Balakən Rayon Mərkəzi Xəstəxanasında reanimasiyadadır.

Xatırladaq ki, Əfqan Rəhimov Balakəndə yaşayır. O, bir çox verilişlərdə qonaq olub, musiqi yarışlarında iştirak edib. Azərbaycan Aşıqlar Birliyinin üzvüdür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər