16 Sentyabr 01:59
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Myanmada "Yagi" qasırğası nəticəsində ölənlərin sayı 113 nəfərə çatıb.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin hərbi hakimiyyət orqanları məlumat yayıb.

Myanma Dövlət İnzibati Şurasının sözçüsü, general-mayor Zav My Tun bildirib ki, pis hava şəraiti səbəbindən 320 mindən çox insan evlərini tərk edərək müvəqqəti köçkün düşərgələrində məskunlaşıb.

Qasırğa, həmçinin yollara və körpülərə ziyan vurub, interneti sıradan çıxarıb.

Myanma hakimiyyəti təbii fəlakətlə əlaqədar xaricdən kömək istəyib.

Xatırladaq ki, bundan əvvəl 74 nəfərin öldüyü bildirilirdi.

Qeyd edək ki, qasırğa Vyetnamda 230-dan çox, Filippində isə azı 20 nəfərin həyatına son qoyub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər