Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğlanqala kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin tavanı 30 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.