Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı şəhər ərazisində yerləşən iki fərdi evdən oğurluq edən Laçın Zeynalov və Əlizamin Əliyev saxlanılıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, araşdırmalar zamanı həmin şəxslərin ümumi dəyəri 2400 manan olan 2 ədəd kombi aparatını oğurlayaraq dəyərindən ucuz qiymətə satdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi açılıb, L.Zeynalov və Ə.Əliyev barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.