Filadelfiyada qəzaya uğrayan təyyarədə altı nəfər olub.
Teleqraf.com xəbər verir ki, məlumatı Fox News telekanalı yayıb.
Xəbərdə deyilir: "Təyyarədə altı nəfər olub, o, Filadelfiyanın şimal-şərqindən yenicə qalxıbmış. İçəridəkilər iki pilot, iki həkim və ailə üzvləriymiş".
Qeyd edək ki, bir neçə saat əvvəl Filadelfiyada fərdi təyyarə qəzaya uğrayıb. Təyyarə həklimlərin müşaiyəti ilə xəstə aparırmış.
Qeyd edək ki, təyyarə yaşayış evlərinin üzərinə düşüb və nəticədə yanğın başlayb.
Media qəza ilə bağlı müxtəlif məlumatlar verir. Bir versiyaya görə, göyərtdədə 6, digər versiyaya görə, 2 nəfər olub.
Yüngül mühərrikli Learjet 55 təyyarəsi Filadelfiyadan Missuri ştatına uçurmuş.
Təyyarə havaya qalxdıqdan 30 saniyə sonra radarlardan itib.
Hazırda məsələ üzrə araşdırma aparılır.