“Bir çox əcnəbilər getdikləri yerin Azərbaycanın işğal olunmuş əraziləri olduqlarını bilirlər. Azərbaycan 20 ildən çoxdur bu kimi addımların qarşısını almaq üçün müvafiq beynəlxalq qurumlara müraciətlər edir”.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.
E.Məmmədov bildirib ki, Azərbaycanın həmin səfərlərin qarşısını almaq mexanizmi yoxdur. Onun sözlərinə görə, hazırki şəraitdə Azərbaycan BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq qurumlara müraciət edir ki, bu kimi hadisələrin qarşısı alınsın.
“Ancaq çox təəssüflər olsun ki, həmin təşkilatlar da ikili standartlardan çıxış edir. Ümumiyyətlə, bu cür mövqe ikiüzlülükdən, riyakarlıqdan başqa bir şey deyil. Ona görə də, bu məsələdə Azərbaycanın bir yolu var. Bu da torpaqlarımızın işğaldan azad olunmasıdır”, – deyə E.Məmmədov vurğulayıb.
Səxavət